Menu

Deputat uşağın popkorn satmasının qarşısını ala bildi - AÇIQLAMA

08.05.2019, 10:51
Deputat uşağın popkorn satmasının qarşısını ala bildi - AÇIQLAMA

“Azərbaycanca yazanda reaksiya az olur”

Deputat Rasim Musabəyov popkorn satan uşaqla bağlı statusuna görə onu tənqid edənlərə cavab verib.

R. Musabəyov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, kim istəyirsə tənqid edib irad tuta bilər: “Bu, insanların öz fikridir. Ancaq tam əksəriyyət mövqeyimi dəstəklədi. 100 nəfərə yaxın şəxs statusumu paylaşdı. Həmin statusdan sonra 200 nəfər izləyicim əlavə olundu. 100 nəfər isə dostluq müraciəti göndərdi. İnsanlar bir az fərqli düşünür. Əsas odur ki, o popkornu oradan yığışdırdılar”.

R. Musabəyov həmçinin statusunu rus dilində yazmasına görə tənqid edilməsinə də münasibət bildirib.

O qeyd edib ki, dostluğunda olan şəxslərin əksəriyyəti rusdillidir: “Azərbaycanca yazanda reaksiya çox az olur, rus dilində yazanda isə reaksiyalar artır. Bu statusdur, burada nəsə axtarmağa dəyməz. Qanun layihəsidir bu?!”.

Şərhlər

islam 2019-05-08 10:51:05

Ehsen deputata cox cetin bir meseleni qehramancasina hell etdi. Deputatlarimiz eger xalqi dusunurlerse Milli Meclisde mesele qaldirsinlar ki pensiya yasi 4-5 il asagi salinsin ki kasib millet olmeden qabaq pensiya ala bilsin.Axi hami H.Recebli kimi 80 yas yasaya bilmir.

t.ədalət 2019-05-08 10:51:05

Uşağın popkorn satmasına səbəb güzəran ehtiyaclarıdır.Görünür,valideynləri iş tapa bilmir,o da popkorn satıb yaşamaq üçün pul qazanır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol