Menu

Rusiya Hərbi Dəniz Donanmasına yeni baş komandan təyin edilib

08.05.2019, 14:22
Rusiya Hərbi Dəniz Donanmasına yeni baş komandan təyin edilib

Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı dəyişib.

“Report” RT-yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu müşavirədə bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin sərəncamına əsasən, 57 yaşlı admiral Nikolay Yevmenov Hərbi Dəniz Donanmasının baş komandanı təyin olunub.

O, əvvəllər Rusiya Şimali Hərbi Dəniz Donanmasının komandanı olub.

S.Şoyqu deyib ki, keçmiş baş komandan Vladimir Korolyov isə 46 ildən sonra hərbi xidmətini başa vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol