Menu

“MSN Messenger” oktyabrın 31-də fəaliyyətini tamamilə dayandıracaq

30.08.2014, 19:17
“MSN Messenger” oktyabrın 31-də fəaliyyətini tamamilə dayandıracaq

“The Verge” nəşri yazır ki, “Microsoft” korporasiyası oktyabrın 31-də “MSN” messencerinin dəstəyini tamamilə dayandıracaq.

Messencerin istifadəçiləri şirkətin başqa məhsuluna (Skype) keçməli olacaqlar.

“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, “MSN Messenger” artıq dünyanın əksər ölkələrində işləmir: “Microsoft” 2013-cü ildə proqramın dəstəyini dayandırıb. Yalnız Çində “MSN Messenger” əlçatan olub. Lakin 1 noyabr tarixindən proqramın Çin versiyası əlçatmaz olacaq.

“MSN Messenger” 1999-cu ildə istifadəyə verilib. Proqram son dərəcə populyar idi: 330 milyon insan ondan istifadə edib. Bu göstərici “Snapchat” istifadəçilərinin sayından üç dəfə daha çoxdur və “Gmail” istifadəçilərinin 75 faizini təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol