İranın cənub-şərqində yerləşən Sistan–Bəlucistan əyalətində narkotik qaçaqmalçılarına qarşı keçirilən əməliyyat nəticəsində 4 qaçaqmalçı ölüb, 2 ton 170 kiloqram narkotik maddə götürülüb.
Bunu yerli KİV-ə əyalətin polis rəisinin müavini Əhməd Tahiri deyib.
Ə.Tahiri bildirib ki, əməliyyat zamanı qaçaqmalçılarla polis qüvvələri arasında atışma baş verib və 4 qanun pozucusu öldürülüb, ikisi tutulub.
“Report” xatırladır ki, İslam Respublikasının Əfqanıstan və Pakistanla sərhədində narkotik maddələrin qaçaqmalçıları ilə İranın təhlükəsizlik qüvvələri arasında tez-tez atışmalar baş verir.


Şərhlər