Menu

“6 nəfər Vəkillər Kollegiyasından xaric olunub” - Anar Bağırov

10.05.2019, 11:57
“6 nəfər Vəkillər Kollegiyasından xaric olunub” - Anar Bağırov

“Cənab Prezidentin “Məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında” fərmanı vəkilliyə böyük təsir göstərib. Həmin fərmanla dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsaitin paylanması, ayrılması bilavasitə Nazirlər Kabineti tərəfindən Vəkillər Kollegiyasına verilib”.

ONA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, bununla bağlı Vəkillər Kollegiyası sənəd təqdim edib və Ədliyyə, Maliyyə nazirlikləri ilə birgə təkliflər paketi hazırlanıb: “Ən qısa müddətdə Nazirlər Kabineti qərar qəbul edəcək. Bununla da vəkilliyin maliyyə müstəqilliyi tam təmin ediləcək”.

A.Bağırov qeyd edib ki, keçən il ərzində vəkillərin davranışı ilə bağlı 500-dən çox şikayət Vəkillər Kollegiyasına daxil olub: “Bu şikayətlərin 83 faizi vətəndaşlar tərəfindən olub. Keçən il 6 nəfərin Vəkillər Kollegiyasından xaric olunması barədə qərar qəbul edilib. Onların 5 nəfəri 6 aydan çox müddətdə üzvlük haqlarını ödəməməyə görə, 1-i isə vətəndaşın şikayəti əsasında Vəkillər Kollegiyasından xaric edilib”.

Şərhlər

Biləyən 2019-05-10 11:57:31

İstər vəkillər istər hakimlər istər müstəntiqlər istər prokurorlar hamısı eyni şeydir əllərinə keçən adamı soyurlar. yaxşı hal o olar ki onların hanısını ləğv eləsinlər bizim də canımız qurtarsın. hakimlərin aldığı rüçvəti heç kim almayır. çox rüşvətxordular

Arışdırmaçı 2019-05-10 11:57:31

Vəkillər Kollegiyasınında köklü kadr islahatları aparılmalıdır ?
Ona görə ki, Vəkilliyə namizədlər arasında yüksək bal toplayan hüquqşünasları sonrakı mərhələdə kəsərək öz arzularına çatmağa qymamışlar ? Əgər Anar Bağırov həqiqətən savadlı Vəkilləri görmək istəseydi, yüksək bal toplayan namizədləri sıradan çıxartmağa çalışmazdı ? Vəkillər Kollegiyasının tərkibi dəyişilməlidir, başda Anar Bağırov olmaqla....

Nizami 2019-05-10 11:57:31

Vekil Cabbar Bayramov 4 may tarixli yazisinda 2018-ci ilde Vekiller Kollegiyasina umumilikde 274 sikayetin daxil oldugu barede melumatin ona verildiyini yazib. Indi ise hormetli sedr deyir 500-denartiq sikayet. Bu nece olur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol