Bakıda V sinif şagirdinin intihar cəhdi ilə bağlı cinayət işi başlanıb
Paytaxtın Nizami rayonundakı 109 nömrəli məktəb həmin məktəbin şagirdinin müəllimlərin təzyiqinə görə dərman içərək intihara cəhd etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Məktəbdən ONA-nın sorğusuna verilən cavabda bildirilir ki, aprelin 30-da təxminən saat 20:30 radələrində V sinif şagirdinin (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) valideyni məktəb direktoruna məlumat verib ki, övladı evdə valideynin dərmanını qəbul edərək zəhərlənib: "Evə təcili tibbi yardım çağırılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub, uşağa müvafiq psixoloji yardım göstərilib. Hər zaman valideynlərlə görüşlərdə uşaqların təhlükəsizliyinin təmin olunmasının diqqət mərkəzində saxlanılması tövsiyə olunur”.
109 nömrəli məktəbin V sinif şagirdi F.Ə.-nin atası Şamxal Əliyev isə ONA-ya açıqlamasında iddia edib ki, övladı məktəbdə müəllimlərin təzyiqi ilə üzləşdiyinə görə intihara cəhd edib: “Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bahar müəllim və informatika müəllimi Nigar müəllim qızıma dəfələrlə təzyiq göstəriblər. Qızım başqa müəllimin yanına hazırlığa getdiyinə görə dəfələrlə lövhə qabağında təhqir olunub, ona əxlaqsız damğası vurulub”.
Şamxal Əliyev deyib ki, qızı 6 qutu dərman atıb: “Bir uşağın taleyi ilə belə oynamaq olmaz. Qızım komadan 18 saat sonra ayılıb. Mən ölkə rəhbərliyinə, Təhsil Nazirliyinə, Baş prokurora və daxili işlər nazirinə müraciət edərək, bu hadisənin doğru araşdırılmasını xahiş edirəm”.
Ş.Əliyev qeyd edib ki, baş verən hadisə ilə bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb: “Dünən prokurorluq əməkdaşları qızımı və sinif yoldaşlarını prokurorluğa çağırmışdılar. Bu hadisə qızıma təkrar sarsıntı yaşadıb və o, dünən təkrar intihara cəhd edib. Bu uşaqların cəmi 11 yaşları var. Yaxşı olardı ki, onlar məktəbdə, psixoloqun iştirakı ilə dindirilsinlər”.
Atası hazırda övladının məktəbə getmədiyini bildirib.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov ONA-ya açıqlamasında qeyd edib ki, sözügedən məktəbli şöbədə 3 sutka qalıb: “Dərmanların əlavə təsiri vardı. Psixoloji durumu gərgin idi. Ona görə psixoloq da gəldi, bir az söhbət elədi. Bizə intihara cəhd haqqında heç nə demədi. Haradasa 5 gün bundan əvvəl onu evə yazmışıq. Öz ayağıyla, rahat şəkildə evinə gedib”.

Şərhlər
Beşirov Qerib bütün müellimler haqqında bele aşağılayıcı danışmağa size kimse haqq vermeyib Biraz diqqetli olun Mekteblerde yeterince şeref leyaqetini seviyesini qoruyan ve vicdanla derslerini keçen müelliflerimiz var Bütün günahları müellimde görüb irad tutmak olmaz İlk növbede valideynler övladlarına nezareti artırmalıdırlar Ancaq işleri güçleri sosyal şebekelerde qurdalanmaqdır
AZERBAYCANI NE GUNE QOYUBLAR,BES PROKRORLUQA CAQRILAN DIGER WAGIRDLERIN HALI NECE OLSUN.HAGG EDALETI PLMAYAN ANALOQU OLMAYAN ,...HOKUMET.
Birinci prokururluq işçisinə cinayət işi acılmalı ən azı işdən xaric edilməlidir özünə qəsdə təhrik etməklə. İkinci bu məktəbdə bu qızdan başqa 100lərlə tələbə oxuyur nə oldu bu dəymə düşər oldu.Vaqlideyn hara baxır nəyə öz üşağı ilə kontaktı yoxdur
Görəsən bu yazıq millət nə vaxt bəzi mənfur məmurlardan qurtulacaq.Axı məktəb direktorları məktəbləri niyə şəxsi mülkləri hesab etməlidirlər? Həmin məktəbdə normal dərs keçilsəydi şagirdlər əlavə hazlrlığa getməzdilər.Amma nə yazıqki, məktəblərin çoxu direktorların "obyekt"idir. Məs.Nərimanov rayonundakı 178 saylı məktəb kimi.Məktəbi həyətini bir müğənni zəbt edib və pullu idman zalı düzəldib.Kim ona nə deyə bilər, adamın arxasında dağ kimi dayanan var.Nə isə, allah o yavrucağa kömək olsun.Ayılın məmurlar.
uşaqları prokurorluga çagıran və buna görədə onlarda sarsıntı yaradan və intihara surukləyən prokuror işçisinə qarşı,intihara təhrik maddəsilə cinayət işi qaldırılmalıdır.Məktəblərdə dərslər keçirilmir,şagirdlər də evlərdə xususi hazırlıga getməyə məcburdur.Tamamilə nufuz və hörmətlərini itirən muəllimlər də məktəblərdə bildiklərini edirlər.
Bu nə biabirciliqdi təhsil nazirliyi niye muvafiq tedbirler kecitmir mekteblerde. Bu muellimleri hardan yiğiblar mekteblere. İmtahan vermek isteyende Baki şəhərində bir dene vakant yer olmur. Bu koklu problemdi və nazirlikde özleri yaxşı bilir ama tedbir görülmür.