Polşanın baş naziri Donald Tusk Avropa İttifaqı Şurasının prezidenti seçilib.
İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının hazırkı sədri Herman van Rompuy özünün Twitter səhifəsində yazıb.
Donald Tuskun sözlərinə görə, onun təcrübəsi Avropaya yeni güc gətirəcək: “Hesab edirəm ki, bu gün Avropa İttifaqına alternativ yoxdur”.
Bundan əvvəl Brüsseldə keçirilən Avropa İttifaqının sammiti çərçivəsində İtaliyanın xarici işlər naziri Federika Moqerini Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə alı nümayəndəsi təyin edilib. /APA


Şərhlər