Menu

“Atabank” kredit borcuna görə Müdafiə Sənayesi Nazirliyinin müəssisəsini məhkəməyə verib

10.05.2019, 16:28
“Atabank” kredit borcuna görə Müdafiə Sənayesi Nazirliyinin müəssisəsini məhkəməyə verib

“Atabank” Açıq Səhmdar Cəmiyyətinin Müdafiə Sənayesi Nazirliyinin “Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsinə baxılıb.

ONA-nın xəbərinə görə, ərizədə iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə cəmi 1 milyon 402 min 884 manat kredit borcunun tutularaq banka ödənilməsini xahiş edib.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, “Atabank” MMC-nin iddiası təmin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol