"Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri beynəlxalq hüququn pozulmasıdır".
“Report” xəbər verir ki, bunu jurnalistlərə Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.
“Danışıqlar prosesinin konstruktiv çərçivədə aparılmasına göstərilən təzyiq münaqişənin həllinə yönəlmiş səylərə ziddir. Bu səfərləri qınayırıq. Azərbaycan ərazisini Ermənistanın işğal etməsi heç kimdə şübhə doğurmur. Amma, çox təəssüf ki, beynəlxalq münasibətlərdə mövcud olan standartlar imkan vermir ki, hər tərəf öz adı ilə çağırılsın. Ermənistan işğal olmuş ərazidə beynəlxalq normalar pozulub. Minsk qrupunun həmsədrləri müəyyən cəhdlər edirlər ki, tərəfləri bir-birinə yaxınlaşdırsınlar və danışıqlar prosesi aparılsın. Belə bir məqamda Paşinyanın səfəri başadüşlən deyil. Danışıqlar prosesi baxımdan destruktiv addımdır”, – deyə nazir müavini qeyd edib.


Şərhlər
Siyasi Dünya görür ki, Azərbaycan "öz DQMV" üşün heç bir kəskin iş görmür, əksinə doğma evində hərblə qovulmuş yüz minlərlə ailələrə uzaq evlər tikdirir. Bu ikili-sanki ortaq hüquqi qazanca Haystan Baş Naziri Nikol Şuşada yallı getməsin? Azərbaycan qanununun pozuntusunun qarşısını KİM KƏSMƏLİdir? Kremldəki ortaq Sergey dayının sözaltı tənbehimi?
Aydın deyil,bunu Xələfov cənabları niyə bizə deyir,sayta yazır.Məgər bunun üçün qanuni,beynəlxalq yol yoxdur? Biz nə edə bilərik? topumuz yox,ordumuz yox.Biz sadə vətəndaşıq.Qoy Xələfov heç olmasa bir əsaslı məktub hazırlayıb ATƏT-ə,Avropa şurasına,Ermənistanın üzvü olduğu əməkdaşlıq şurasına və nəhayət Birləşmiş Millətlər Təşkilatına göndərsin.Bu olar onun ciddi münasibəti. Bəlkə bir nəticəsi ola.Yoxsa Azpolitika saytı nə etsin?