Menu

Poroşenkodan Zelenskiyə: "Ukrayna otel deyil!"

11.05.2019, 11:09
Poroşenkodan Zelenskiyə: "Ukrayna otel deyil!"

Ukraynanın hazırki siyasi administrasiyası yeni Prezident Vladimir Zelenskinin acgöz turist bənzətməsinə cavab verib. Axar.az-ın məlumatına görə, yayımlanan bəyanatda bildirilir ki, andiçmə mərasiminə kimi Poroşenko dövlətin rəhbəri sayılır, ölkədəki situasiyaya görə məsuliyyət daşıyır və öz vəzifəsini Konstitusiyanın ruhuna, maddələrinə uyğun icra edir.

“Ukrayna hörmətli Zelenskinin düşündüyü kimi Misir otelinin nömrəsi deyil”, - deyə bildirilib.

Eyni zamanda vurğulanıb ki, prezident parlamentin müəyyən etdiyi istənilən andiçmə tarixi ilə razılaşacaq.

Xatırladaq ki, bundan öncə Zelenski sələfini Misir otelindəki turistə bənzədib.

“Dəsmalları, çəkmələri daşıyır, İsveç stolundan hər şeyi götürür”, - yeni prezident demişdi.

Şərhlər

Arif Əliyev 2019-05-11 11:09:39

Əslində o boyda Ukrainanı hotela Poroşenko və onun qərbdə formalaşdırdığı komandası çevirib indi kimliyindən aslı olmayaraq gələn adam özünü hoteldəki kimi hiss edir daha doğrusu qərbin hakimiyyətə gətirdikləri lidirlər hotel düşüncəli olurlar çünki onları idarə etmək olduqca asandırBir başa ruslarla üz-üzə gəlməyi bacarmayan qərb bunu ruslarla qonşuluğda yaşayan millətlərin və yaxudda dövlətlərin hesabına etmək istəyirlər nəticəsidə hamıya məlumdur görəsən qərbin nöbbəti qurbanı kim olacaq bunu Allah bilər

Geber 2019-05-11 11:09:39

Əvvəla Kolomoyskinin nə pulu nə də ağli təlxəyə senari verməyə ğücü çatar ,hətta özunun yoxa çixmasi da təlxəkin reklami olacaqdir. Təlxək Ben laden sayaq Amerikanin fərqli qlobal proqramidir. Amerikali ssenaristlərin birinci xodda cətinlikləri vardir ? necə ki , futbola şeyir qoşmaq mümkünsüzdür , təlxəyə ciddi rol yazmaq da elədir , insan beynində Novruzəlinin poct qutusuna oxşar bir vəzi ilə tormuzlanir . Təlxəyi dəstəkləyən amerikali kolleqalarim absurd rebuslarla üzləşəcəklərini , hələ seçkidən bir il qabaq yazmiş idim , ki :təlxəkə ciddi şeyir qoşmaq proza yazmaqdan da müşkül olacaq .
Uzüna_qapanmada sərfiyyat enerjisi : kuratorlarin əbəs zəhməti ilə Sizof əməyi : aşbazin aölindan asili olmayaraq tisbağa şorbasi iyi verəcəkdir . İndi yaranmiş süni pauzada amerikali kolleqalarim birinci at ğedişinin arxasini bilmədikləri ücün boşluqlari şişirdirlər. Oyuncaq Rada ilə adi dildə olanlar amerika səfirliyindən idarə olunur . Beləki təlxəyə veriləcək proqramlarda korrektə olunancaq yuxarida qeyd etdiyim beyin kibernetikasina vaxt lazimdir . Təlxəyə qoşilacaq siyasi şeyir və ya müxəmməs və ya Şekspir səhnələri amerikalilara : Kreml divarlarini dağidan ekskovatoru təlxəklə əvəzləmək lazimdir. Bu tip sehrbazliq pentaqonun biliciləri ücün müşkül məsələdir .
Çunki təlxəkin ilk 100 ğunu dinamit partlayicisi effekti verməlidir lakin bu evvekti diğər parallel addimlarla üzlaşdirilmasinda çətinliklər var.
Qədim mozambik rəvayətində bu haqda belə deyilir . qaynamiş tisbağanin iyi burunun uzun qisaliqindan deyil , təlxəyin seçkidən sonraaki ikinci səhnə sifət maskasinin vacibliyi : amerika siyasi teatr səhnə rejissorlarini çətinliklərlə üzləşdirib , tez bir zamandaa təlxəkə pərdəarxasi qələbəyə Kremli dağitmaqa aparan inandirici rol tapilmasa , təlxək istefa verib ğedəcək və yaxud Vaşinqton Kreml alverinin qurbani olacaqddir .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol