Menu

Ərdoğan Bakı səfərini anonsladı

31.08.2014, 12:20
Ərdoğan Bakı səfərini anonsladı

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan vəzifəsinin icrasına başladıqdan sonra ilk dəfə İstanbula gəlib. ANS PRESS-in məlumatına görə, Ərdoğanı Kısıklı qəsəbəsindəki evinin önündə tərəfdarları qarşılayıb.

Tərəfdarları qarşısında çıxış edən Ərdoğan milli iradənin hər şeydən üstün olduğunu ifadə edib: “Dayanmaq yox, yola davam etmək lazımdır. Prezident postuna məni namizəd gördünüz. Artıq dünya gündəmini müəyənlədirən bir Türkiyə var”.

Daha sonra Türkiyənin yeni prezidenti edəcəyi səfərlərdən danışıb: “İnşallah bazar ertəsi günü Şimali Kiprə, çərşənbə axşamı isə Azərbaycana gedəcəyik. Daha sonra NATO sammitində iştirak etmək üçün İngiltərəyə gedəcəyik. BMT-nin konfranslarında iştirak edəcəyik. İstanbul isə mənim aşkım, sevdamdır. Haqqınızı hallal edin”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol