Menu

Donald Tramp Şimali Koreyanın raket sınaqlarını şərh edib

11.05.2019, 15:21
Donald Tramp Şimali Koreyanın raket sınaqlarını şərh edib

 

ABŞ prezidenti Donald Tramp “Politico” media təşkilatına müsahibəsində Şimali Koreyanın bu yaxınlarda həyata keçirdiyi raket sınaqlarını şərh edib.

AZƏRTAC bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

“Onlar yaxın mənzillidir və mən bunu etimaddan sui-istifadə kimi qiymətləndirmirəm”, - deyə Donald Tramp bildirib.

Bir qədər əvvəl Cənubi Koreya Silahlı Qüvvələrinin birləşmiş qərargah rəisləri komitəsi KXDR-in mayın 9-da iki reaktiv mərmini sınaqdan keçirdiyi barədə məlumat yayıb. Raketlər Pxenyandan 77 kilometr şimal-qərbdə yerləşən Sinori qəsəbəsi rayonundan şərq istiqamətinə atılıb. Onların biri 420, digəri isə 270 kilometr məsafə qət edib və Şimali Koreya ərazisini keçərək Yapon dənizinə düşüb.

KXDR Mərkəzi Teleqraf Agentliyi sınaq atışlarının fotoşəkillərini dərc edib və Kim Çen Inın böyük məsafəli silahlardan istifadə etməklə təlimlərin başlaması barədə əmr verdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol