«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Çin mallarına idxal rüsumunu daha 300 milyard dollar məbləğində artırmaq qərarına gəlib. «Röyter» və «Bloomberq»in məlumatına görə, bu barədə prezident Donald Tramp sərəncam imzalayıb.
Nəticədə, yeni tariflər Çinin ABŞ-a ixracını tam əhatə edəcək. KİV-in məlumatına görə, bu qərar Çin mallarna tətbiq olunan tariflərin 10 faizdən 25 faizə (200 milyard dollara) qaldırılması ilə bağlıdır.
Yeni rüsumların konkret hansı mallara təbiq olunacağı barədə məlumat verilmir.
Çin mallarına yüksək idxal rüsumlarının tətbiq olunması barədə ABŞ-ın ilk qərarı mayın 8-də elan edilib. Pekin də əks tədbirlərin görüldüyünü bəyan edib.


Şərhlər