Menu

Pakistanda terrorçular hotelə hücum edib, ərazidə atışma gedir

11.05.2019, 19:12
Pakistanda terrorçular hotelə hücum edib, ərazidə atışma gedir

Pakistanın Bəlucistan vilayətindəki Qvadar şəhərində bir neçə silahlı şəxs beşulduzlu "Pearl Continental Hotel"ə hücum edib.

"Report" "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Pakistanın hüquq-mühafizə orqanlarının nümayəndələri bildirib.

Hazırda hotel ərazisi polis tərəfindən mühasirəyə alınıb, ərazidən atəş səsləri gəlir. İlkin məlumatlara görə, hotelə üç-dörd yaraqlı daxil olub.

KİV-də hazırda binanın içərisində azı 70 nəfərin, o cümlədən təxminən 40 Çin vətəndaşının olduğu barədə məlumat yayılıb. Hələlik hücum nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol