Menu

Ərdoğandan İmamoğlunun “hər şey çox gözəl olacaq” şüarına REAKSİYA

13.05.2019, 02:29
Ərdoğandan İmamoğlunun “hər şey çox gözəl olacaq” şüarına REAKSİYA

Türkiyə prezidenti Taksim Meydanında ənənəvi Bəyoğlu iftarında sakinlərlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, tramvayda gedərkən Türkiyə liderinə “Hər şey çox gözəl olacaq” deyən bir vətəndaşa “daha gözəl olacaq" cavabını verib.

Ərdoğan çıxışı zamanı Fənərbağça-Akhisarspor matçı öncəsi tribunalarda səsləndirilən “Hər şey çox gözəl olacaq” şüarlarına da sərt reaksiya verib: “Bu stadionları biz tikdirdik. Bunlar yanlış yoldadır. Amma biz düzəldəcəyik. Hamısı qeydə alınır”.

Türkiyə prezidenti bu şüarla Əkrəm İmamoğluna dəstək verən sənətçilərlə bağlı isə “Sənətçi sənəti ilə danışar, bu cür insanlara yaltaqlıq etməz” sözlərini işlədib.

Şərhlər

Toğrul Əkrəm 2019-05-13 02:29:38

Bu bir mesaj deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol