Menu

"Qarabağ"ın rəqibləri xal itirdi

01.09.2014, 10:24
"Qarabağ"ın rəqibləri xal itirdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında keçirdikləri oyunlarda xal itiriblər. Lent.az-ın xəbərinə görə, İtaliya A seriyasının ilk turunda səfərdə “Torino”nun qonağı olan “İnter” bir xalla kifayətlənməli olub. Oyun 0:0 hesabı ilə başa çatıb.

Ukraynanın “Dnepr” klubu 5-ci tur çərçivəsində öz meydanında “Vorskla”-nın müqavimətini qıra bilməyib. Matç 1:1 hesabı ilə bitib.

Fransa çempionatının 4-cü turu çərçivəsində səfərdə “PSJ”-nin qonağı olan “Sent-Etyen” isə 5:0 hesabı ilə darmadağın olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol