Menu

NATO həyəcanda: Şərqi Avropada 5 hərbi baza yaradılır

01.09.2014, 11:06

NATOAlmaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti NATO-nun Şərqi Avropada 5 yeni baza quracağı barədə məlumat yayıb.

Axar.az xəbər verir ki, qəzet bununla da NATO-nun Şərqi Avropanı Rusiya təhdidindən qorumaq üçün daha bir addım atdığını qeyd edib.

Xatırladaq ki, NATO Baş katibi Anders Foq Rasmussen bir müddət öncə NATO-nun Şərqi Avropada hərbi baza yaradacağı barədə planlarını açıqlamışdı.

Bundan əlavə, NATO-nun Baltikyanı ölkələrdə təhlükəsizliyi təmin etmək üçün Polşada yeni hərbi baza qurulacağı da bildirilmişdi.

NATO-nun öz sərhədlərinə doğru genişlənməsinə qarşı çıxan Rusiya isə adekvat addımlar atmaqdan çəkinmir. Rəsmi Moskva 2020-ci ilə qədər hərbi büdcəsini 600 milyard dollara çatdıracağını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol