Menu

"İçimdə bir güvən hissi, inam var" - Çingiz Mustafayev

17.05.2019, 02:42
"İçimdə bir güvən hissi, inam var" - Çingiz Mustafayev

Azərbaycan təmsilçisi Çingiz Mustafayev "Eurovision" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsindən sonra keçirilən mətbuat konfransına qatılıb.

Musavat.com xəbər verir ki, ifaçı jurnalistlərin suallarına cavab verib. Azərbaycanlı jurnalistin "Çingiz finalda tamaşaçılar üçün hansı sürprizi hazırlayıb" sualına Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova cavab verib. O bildirib ki, təmsilçimiz yarımfinaldan daha yaxşı performans nümayiş etdirəcək.

"İçimdə bir güvən hissi, inam var. Bu mənə motivasiya verir. Mən özümə və komandama inanıram"-, deyə Mustafayev düşüncələrini bölüşüb.

Qeyd edək ki, Ç.Mustafayev mayın 18-i keçirilən final gecəsinin ikinci hissəsində çıxış edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol