Polad boru istehsalçıları 13% gücü ilə işləyir

İstehsal müəssisələri olsa da, yerli istehsal dəmir və polad boruya tələbatın 5%-i təmin edir. Bu il istehsal xeyli azalıb. Dövlətstatkoma görə, ilin I yarısında 16,4 min ton polad boru istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 64% azdır. İyulda istehsal həcmi 2,4 min ton olub.

Gömrük Komitəsinin məlumatına görə, məhsulun hamısı xaricə satılıb. Ötən ildən qalanlarla birgə 17 min 120,1 ton boru ixrac olunub.

İstehsalçılar ( “Azərboru”, “Xəzərboru” və “Azertexnolayn” MMC) güclərinin ildə 245 min ton olduğunu bildirir. “Azərboru” ASC Rusiyadan boru pəstahlarının tədarükü hesabına məhsul istehsal edir. Amma “Baku Steel Company” MMC-də yeni fasiləsiz poladəritmə xətti qurulması ilə bağlı (“Azərboru”nun səhmlərinin 97%-i bu şirkətə məxsusdur) ilin sonuna kimi yerli xammal işi qaydaya salınacaq.

“Baku Steel Company”nin “Xəzərboru” müəssisəsi də var. O, ildə 70 min ton boru tədarük edə bilər.

2013-cü ildə Sumqayıt Kimya-Sənaye Parkında о 75 min ton polad boru istehsalı xətti istismara verilib. Parkın rezidentləri vergilərdən azad edilib. Amma bu müəssisənin istehsal həcmi açıqlanmır.

Bu ilin 6 ayında Azərbaycana xaricdən əsasən neft-qaz sahəsi üçün 100 min ton polad və dəmir boru gətirilib. Azərbaycan boruları idxal qiymətindən daha ucuz satır. Bu ilin I yarısında 1 ton polad boru $980-a satılıb, idxal qiyməti $2 400 olub.

2013-cü ildə Azərbaycanda polad boru istehsalı 1,6% azalaraq 60,8 min ton olub. Ən yüksək istehsal (98 min ton) son on ildə 2010-cu ildə qeydə alınıb. 2013-cü ildə polad boru idxal-ixracında $350 mln həcmində mənfi saldo olub

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar