Müxtəlif qurumların hesablamalarına və qiymətləndirmələrinə görə, bu gün Gürcüstan əhalisinin 800 min nəfəri yoxsulluq həddində yaşayır.
“AzərTAc” xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava televiziyaya müsahibəsində deyib.
Nazirin sözlərinə görə, istənilən hökumət, xüsusən də hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası üçün yoxsulluğun azaldılması əsas prioritetdir.
Gürcüstan hökuməti üçün də bu problemin həlli olduqca vacib məsələdir.
“Yoxsulluğun azaldılması Gürcüstan hökumətinin başlıca prioriteti və strategiyasıdır”, - deyə N.Turnava vurğulayıb.


Şərhlər