Menu

Türkiyədə PKK terrorçuları polisə hücum edib

18.05.2019, 20:47
Türkiyədə PKK terrorçuları polisə hücum edib

Türkiyənin Şanlıurfa vilayətinin Halfeti rayonunda xidmət aparan polis əməkdaşları PKK terrorçularının hücumuna məruz qalıblar.

Yerli mətbuat yazır ki, mayın 18-də gecə saatlarında baş verən atışma nəticəsində 1 polis əməkdaşı həlak olub, 2-si yaralanıb. Hücum edən terrorçulardan ikisi məhv edilib.

Konyada isə polis qüvvələri İŞİD terror qruplaşmasına qarşı uğurlu antiterror əməliyyatı keçiriblər. Şübhəli şəxs qismində həbs olunan 9 nəfərin terrorçu kimi təlim gördükləri müəyyən olunub. Saxlanılanlar İraq və Suriya əsilli şəxslərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol