Menu

NATO zabitləri mühasirəyə düşdü

01.09.2014, 18:10
NATO zabitləri mühasirəyə düşdü

Separatçılar zabitlərin Mariupol şəhərindən çıxa bilmədiklərini bəyan ediblər

Donetsk vilayətində 6 NATO zabiti blokadaya alınıb.

ANS-in məlumatına görə, bu barədə separatçı "Donetsk Xalq Respublikası"nın hərbi qərargahı açıqlama yayıb.

“NATO zabitləri Donetskdə gizli fəaliyyət göstərdikləri üçün hazırda onların dəqiq yeri bilinmir. Lakin bizdə olan məlumata görə, vilayətin Mariupol şəhərindən çıxa bilmirlər”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalmaqdadır. Rusiya qoşunlarının Donetsk və Luqanskda hərbi əməliyyatlarda iştirak etdiyi bildirilir. Ukrayna ordu qüvvələrinin böyük hissəsi mühasirəyə düşüb.

Son məlumatalara görə Ukrayna tərəfi 100-dən çox əsgərini mühasirədən çıxarıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol