Davudoğlu Cumhuriyyət Xalq Partiyasına yetərli mesajlar göndərdi
Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu bu postda ilk dəfə olaraq partiyasının qrup toplantısını keçirərək bir növ partiyada siyasi liderliyi əlinə almağa çalışdı.
ANS TV-nin məlumatına görə, Əhməd Davudoğlunun çıxışı demək olar ki, planlaşdırılmışdı, çünki o, ölkənin ana müxalifəti olan Cumhuriyyət Xalq Partiyasına yetərli mesajlar göndərdi, hakimyyətə gəlmək istəyirlərsə, ilk növbədə onları kitab oxumağa dəvət elədi.
Ümumiyyətlə demək olar ki, Davutoğlunun bu çıxışı daha çox özünü təqsiqləməyə yönəlmişdi. Sössüz ki, Ərdoğandan fərqli olaraq Davudoğlunun səsi o qədər də gur səslənmirdi.


Şərhlər