Menu

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

21.05.2019, 11:56
Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Paytaxın Yasamal rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbut xidmətindən verilən xəbərə görə, mayın 20-də saat 11 radələrində Yasamal rayonunun İnşaatçılar prospektində Bakı şəhər sakini Zaur Kazımov “Opel” markalı avtomobilli arxaya verərkən 45-50 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol