46 MİLYON DA BELƏ "HAVAYA SOVRULUB" -  İflas etmiş sistem pul "yuyur"

Ötən il Azərbaycanda pasportların hazırlanmasına 20 mln. manat büdcə vəsaiti xərclənib.Bu barədə "2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində öz əksini tapıb.

Hesabat dövründə ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığorta xərclərinin ödənilməsinə 10,9 mln. manat, yaşıllıqların salınması, onlara xidmət və landşaft quruluşu işlərinin yerinə yetirilməsi ilə bağlı işlərə isə 8,5 mln. manat xərclənib.

Bundan başqa, Bakıda nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi, nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi və məsləhət xidmətləri haqqının ödənilməsi ilə bağlı 46 mln. manat, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun əməliyyat və texniki xidmət xərcinin ödənilməsinə 29 mln. manat ayrılıb.

Qeyd edək ki, Bakıda nəqliyyat əməliyyatlarnın intellektual idarə edilməsinə xərcləndiyi iddia edilən 46 milyon manatın əslində "havaya sovrulduğunu" və ya kimlərinsə şəxsi büdcəsinə yönəldiyini söyləmək olar. Çünki bu sistem artıq neçə ildir ki, sözün həqiqi mənasında sıradan çıxıb. Ona görə də Bakıda nəqliyyat  intellektual idarə edilməsi sahəsində hansısa əməliyyatların aparıldığını iddia edərək, buna guya 46 milyon xərcləndiyi göstərmək absurddur. Sadəcə, büdcənin 46 milyonu da bu yolla "havaya sovrulub" yazmaq daha doğru olardı...

Qeyd edək ki,  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də bir-neçə ay əvvəl açıqlamasında bu sistemin öz funksiyalarını yerinə yetirmədiyini  bəyan edib: "2007-ci ildə nəqliyyatın intellektual idarə edilməsi üçün Prezident fərmanı verilib. Beləliklə bu iş Nəqliyyat Nazirliyinə həvalə edilib. 2011-ci ildə o zamankı Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi altında Cənubi Koreya şirkəti ilə 100 milyon manatlıq bir sövdələşmə ilə Bakı şəhəri üzrə nəhəng bir texnoloji infrastruktur və informasiya sistemi , həmçinin də onu idarə etmək üçün Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yaradılıb. Qarşıya qoyulan vəzifə isə Bakı şəhərində nəqliyyatı texnologiyaların köməyi ilə intellektual formada idarə etmək, işıqforları tam avtomatik idarə etmək, texnologiyalar vasitəsilə tıxacların qarşısının alınmasına və idarə olunmasına nəzarət etmək, SMS məlumatlandırma ilə tıxac vəziyyətdən çıxış, alternativlər təqdim etmək, sürücülərin məlumatlandırılmasını təşkil etmək və s. olub."

Ekspert eyni zamanda mövcud prosesin Azərbaycanın İT tarixində ən bahalı və ən uğursuz layihə olduğunu da qeyd edib : "Qısa zamanda məlum oldu ki NİİM qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmir. Dayanacaqlarda quraşdırılan, dəyəri az qala 10 min dollar olan 700-dək monitorlar, yüzlərlə müşahidə kameraları, kilometrlərlə fiber optik infrastruktur, yüzlərlə avtobuslarda quraşdırılan GPS tipli avadanlıqlara, MİİM-də quraşdırılan dünyanın ən böyük monitoruna məxsus olan bu nəhəng infrastruktur effektiv işləyə bilmədi.

Bir sözlə, NİİM iflas oldu.  Azərbaycanın İT tarixində ən bahalı və ən uğursuz layihə hesab oluna bilər."

Osman Gündüz adı çəkilən nazirliklə bağlı müəyyən fərman, sərəncam və qərarlarda tapşırıqlar verilsə də hər hansısa bir nəticənin olmadığını da vurğulayıb: "2015-ci ildə Bakı Nəqliyyat Agentliyi yaradılanda Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi BNA tabeliyinə keçdi. Yəni , həmin tarixdən nəqliyyatın vahid mərkəzdən intellektual formada, mərkəzləşdirilmiş formada tənzimlənməsi BNA səlahiyyətindədir. Ondan sonra qəbul edilən bütün fərman və sərəncamlarda, qərarlarda BNA-ya tapşırıqlar verilib ki bu sahədə qayda yaradılsın. Bakı şəhərindəki bütün svetoforlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməliyidi. Hətta Prezident fərmanı ilə DİN –nin idarəetməsində olan svetoforlar da BNA tabeliyinə keçirilib. BNA-nın digər dövlət qurumları tərəfindən elektron qaydada məlumatlandırılması üçün də addımlar atılıb. Yəni, effektiv idarəetməni təşkil etmək üçün BNA-ya yetrəincə köməkliklər olunub. Bütün bu tapşırıqlar 2015 -2018-ci illər aralığında olub.

Nəticə varmı? Nəqliyyat mərkəzləşdirilmiş formada, intellektual olaraq idarə olunurmu? Təəssüf ki, bu suala müsbət cavab vermək olmur. Bu müddətdə BNA hansı addımları atıb? Köhnə infrastrukturdan nə qalib, nələrdən istifadə olunur. Yeni hansı həllər təklif olunur? Bu haqda heç bir rəsmi açıqlamalar yoxdur.

Yeri gəlmişkən, ötən il Prezident fərmanı ilə BNA-ya daha bir səlahiyyət verilib. Dayanma və durmanın qadağan edildiyi yerlərdə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması və qaydanı pozanlarla bağlı tədbirlər görmək də BNA- ya tapşırılıb. Qəribədir ki, 4 ildə əsas vəzifə olan NİİM problemini həll edə bilməyən BNA "elektron protokol" sistemini tezliklə quraşdırıb və dərhal da fəaliyyətə başlayıb.

Elman İsmayıllı

AzPolitika.info

635x100

Şərhlər

Mux 2019-05-22 17:22:59

davamı-Yeni avtobuslar iflic vəziyyətindədir.Qısa bir müddətdə buna hamı şahid olacaq.Vüsalın pulu çoxdur.BNAni də bərbad vəziyyətə salıb.Ətrafı qohum və yerliləridir.Dövlətdən ayrılan pullar mənimsənilir.Lakin heç bir iş görülmür.Hətta kimə idarə etməyə nəqliyyat lazımdırsa =pulunu ver maşını al= məsələsidir.

Mux 2019-05-22 17:22:59

Atalar məsəli var.=Çörəyi ver çörəkçiyə,beşin də üstəlik.= BNA rəhbərinin demək olar ki,bu sahələr üzrə təcrübəsi yoxdur.Bu insan əvvələr Baku-Bus-da müavin işləyib.Onun haqqında faktları yazıram.=Şirkətin direktoru rəsmən Nəcəf Məlikov olsa da, bəs niyə bütün qərarları özünü faktiki direktor kimi təqdim edən Vüsal Kərimov verir?=.=Qaş qayıran yerdə vurub göz çıxaran»ların yerlibabazlığı=.Bu insan Baku-Busu bərbad vəziyyətə saldı.Bütün tutarlı vəzifələr Vusalın qohum əqrabası və yerliləridir.Yeni avtobus

Son yazılar