Menu

Xaçmazda 53 yaşlı qadının meyiti tapılıb

22.12.2024, 22:17
Xaçmazda 53 yaşlı qadının meyiti tapılıb

Xaçmaz rayonunda qadın meyiti tapılıb. “Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evində rayon sakini 1971-ci il təvəllüdlü Həcər Sultanovanın cansız bədəni aşkar edilib.

Qadının meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.

Onun ölümündə cinayət tərkibinin olub-olmadığını Xaçmaz rayon prokurorluğu araşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol