“Türkiyə ilə Rusiya arasında “S-400” zenit-raket kompleksi üzrə müqaviləsi ilə bağlı ABŞ-ın ultimatumu yolverilməzdir”.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, “S-400” üzrə müqavilə ilə bağlı məsələnin bitdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ Türkiyəyə Rusiya "S-400" zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib. Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, “S-400” zenit-raket kompleksi ilə bağlı təlim almaq üçün Rusiyaya hərbçi göndərilib.


Şərhlər
Ay MRP qardaş,narahat olma hər şey yaxşı olacaq.Düzdür mənim Rusiyadan xoşum gəlmir.Ancaq onu deyim ki,ABŞ ondan it kimi qorxur.O ki,qaldı S-400 alınması məsələsinə,ABŞ-ın nə ixtiyarı var ki,Türkiyənin işinə qarışır.Türkiyəyə vaxt verir.Heç kimə sirr deyil ki,Türkiyədə ki,çevrilişi ABŞ hazırlamışdı.ABŞ bilirdi ki,çevriliş zamanı RF-ı Ərdoğanı müdafiə edəcək.Ona görə də təyyarə təxribatını törətdi.Böyük Ərdoğanla Putin bu təxribata getmədilər.Çeriliş zamanı RF-ı Türkiyəni və Ərdoğanı müdafiə etdi.
Aldadıb Türkiyəni salacaqlar bəlaya.Sonrada arxa durmayacaqlar.Ruslara heç vaxt etibar etmək olmaz.