““UNIBANK”da ŞOK YAŞADIM...” - Bank prezidentin sərəncamına “qulp qoyur”?

“Bu bank nəinki faizləri silir, hələ özündən yeni faizlər fikirləşir...”

Azərbaycanda son zamanlar ən çox şikayət olunan banklardan biri də “Unibank”dır. İndiyədək mətbuatda ayrı-ayrı müştərilərin bu bankla bağlı müxtəlif səpkili şikayətlərinə tez-tez rast gəlinirdi. Bankı daha çox özbaşınalıqda, müştərilərə qarşı hörmətsiz, kobud davranmaqda ittiham edirdilər. Ölkə başçısının dollar kreditlərinə görə kompensasiya verilməsini nəzərdə tutan sərəncamından sonra isə şikayətlər qat-qat çoxalmağa başladı.

“Unibank”ın kompensasiyaların ödənilməsi prosesindəki fəaliyyətindən narazılıq edən müştərilərin dediklərinə inansaq, belə nəticə çıxır ki, bank hətta ölkə başçısının sərəncamını da məhz özü istədiyi, özünə sərf edən formada həyata keçirir.

Əslində, sözügedən sərəncamda və Maliyyə Bazarlarına Nəzarət Palatasının hesablamalarında, eləcə də rəsmi Fimsa.az saytında vətəndaşlara hesablanan kompensasiya, güzəşt məbləği və qalıq borca aid hər şey açıq-aydın göstərilsə də, bankın müştəriləri bildirirlər ki, “Unibank”da onlara başqa rəqəmlər təqdim olunur, faizlər hesablanır və sair. Nəticədə, vətəndaşlar iddia edirlər ki, sərəncamın tələbindən irəli gələn məbləği yox, bankın özbaşına təyin etdiyi məbləği ala bilirlər, bəzi hallarda isə əksinə, hələ borclu da qalırlar.

Məsələn, “AzPolitika.info”ya müraciət edən “Unibank”ın müştərisi Yusifov Rasim Firudin oğlu bildirir ki, Prezidentin sərəncamından sonra ona 1181 manat kompensasiya hesablandığı halda, “Unibank” ona həmin məbləği ödəmək əvəzinə 913 manat borc “hesablayıb”.

Ancaq R.Yusifovun redaksiyamıza göndərdiyi Fimsa.az saytındakı çıxarışdan (yazının altında şəkilləri verilib-red.) belə görünür ki, bu şəxsin borcu barədə heç bir qeyd yoxdur və “vətəndaşa çatan hissə” qrafasında 1183 manat göstərilib: “Cənab Prezidentin problemli kreditlərlə bagli sərəncamından sonra mənə 1181 manat kompensasiya hesablanmışdı. Mən cox qözlədim ki, mənə mesaj gələcək, amma bu baş vermədi. Nəhayət, özum müraciət etdim və şok yaşadim. Mənə bildirildi ki, mənim “Unibank”a 913 manat borcum var. Fimsa.az saytindakı məlumatdan açıq görünür ki, vətandaşa catan hissə 1181 manatdır. Borca və restrukturizasiyaya yönəldilən hissə isə 0-dır... “Unibank” nəinki faiz silir, hələ özundən mifik faizlər fikirləsir”.

Qeyd edək ki, redaksiyamıza digər buna oxşar şikayətlər də daxil olmaqdadır və onlar əsasən “Unibank”la bağlıdır. Bunu R.Yusifov da öz şikayətində qeyd edir: “Belə vəziyyətlə üzləşən təkcə mən deyilem və bu hala ancaq “Unibank”ASC-də rast gəlinir.”

Mətbuatda “Unibank”ın kompensasiyaların ödənilməsi prosesində özbaşınalıqlara yol verməsi, vətəndaşlara mücərrəd faizlər hesablanması barədə şikayətlər az deyil və belə şikayətçilər arasında hətta jurnalistlərə də rast gəlmək olar.

Onu da qeyd edək ki, sözügedən bankı öz maliyyə göstəricilərinə görə də nümunəvi, yaxud öncül banklardan biri saymaq çətindir. Təkcə onu xatırlatmaq kifayətdir ki, “Unibank” kifayət qədər riskli banklardan biri sayılır. Belə ki, bankların dayanıqlığını əks etdirən ən əsas göstərici – kapitalın adekvatlığı əmsalına görə, “Unibank” ölkədəki 30 bank sırasında son yerləri tutan 4 bankdan biridir. Bankın kapital adekvatlığı əmsalı Mərkəzi Bankın tətbiq etdiyi ən minimum göstəriciyə güclə çatır və ötən ilin yekunlarına görə, cəmi 10.9 faiz təşkil edir.

Xatırladaq ki, “Unibank”ın əsas səhmdarlarından biri və Müşahidə Şurasının sədri Eldar Qəribovdur. Mətbuatda onun hətta ötən ilin əvvəllərində Malta vətəndaşlığı aldığına dair təkzib edilməyən məlumatlar dərc edilib.

Qeyd edək ki, vətəndaşların şikayətlərilə bağlı "Unibank"ın mərkəzi ofisi ilə əlaqə saxlasaq da, operator sulllarımızı cavablandıracaq bir şəxs tapıb bizi əlaqələndirə bilmədi. Bununla belə bankın mövqeyini də dinləməyə hazırıq.

Tahir

AzPolitika.info

635x100

Şərhlər

Pirzadə 2019-05-24 08:45:33

Rasim bəy tam haqlısan.Bu unibankı gec-tez günahsız insanların qarqışı tutacaq.Gör bu unibank ne qədər haqsız addım atır ki,cənab Prezidentin fərmanını da saymır.Mən bütün sənədləri toplamışam.Və sonda məhkəməyə müraciətim qalıb

Namiq 2019-05-24 08:45:33

Bu UNIBANK lap qudurub.Maraqlidir.Goresen kim durur UNIBANKIN arxasinda.Eyar Mailiyya Bazarlarin Hesablama Palatasi milletin komepensasiyasini hesablayib ve daqiqlikla har kese catdiribsa onda UNIBANK ozundan AMERIKA niya acir.Bir vatandas ki,dollar borcunu odayibsa ve prezident tarafindan faizlar silinirse onda hesablanmis kopensasiya UNIBANK tarafinden neca laqv oluna biler axi.UNIBANK ozu-ozuna QUYU qaziyir.

Rasim 2019-05-24 08:45:33

Cənab prezidentin sərəncamindan 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; Unibank həll edirdisə , daha malliyə bazarlarina nəzərət palatasi nəyə lazim idi ki?

Pirzadə 2019-05-24 08:45:33

?

Pirzadə 2019-05-24 08:45:33

Mübariz bəy sənədlərlə tanış olmamış öncədən bir bank işçisi kimi Unibankı müdafiə etmək lazım deyil.Yaxşı olar ki,cənab Prezidentin 28.02.2019 tarixli 551 nömrəli fərmanı bir neçə dəfə oxuyasan və sonra bankı müdafiə edəsən.Əyər ürək sözün varsa buyur 055-215-02-93 nömrəsinə zəng vur hər şeyi sübut edim.

EJDER 2019-05-24 08:45:33

HAQQINIZI TELEB EDIN...BU ,,UNI,,DE ,OZBAWNALIQDI....HA HA HA LAP GULMELIDI...HARAMINIZ OLSUN...SAQ YEMIYESINIZ

mübariz 2019-05-24 08:45:33

Jurnalist Bankda işləsəydi bilərdi.hətta bankda işləyənlərdən bunu bilmir.Deməli belədir.Adamın krediti olub onu dartib uzadanda,Rest edəndə geçişməyə cixmir.yəni yeni kredit müqaviləsi imzalayib müştəri.Fimsa-dan cixarişla AKB-dən cixarişi qarişiq salmayin.Bank haqqlıdır.

Pirzadə 2019-05-24 08:45:33

Rəşad bəy Unibank mənə qarşı da haqsızlıq edir.3764.72 manat əvəzinə kartıma 1999.56 manat keçirib.Unibankın Sizin üçün gətirdiyi bəhanələri də mənim üçün gətirir.Sənədləri toplamışam və elə indi 24.05.19 saat 10-00 da üz tuturam Unibankın baş idarəsinə.Əyər kompensasiyada mənim üçün nəzərdə tutulan 3764.72 manat ödənilməsə müraciətlər yazılı surətdə ünvanlanacaq cənab Prezidentə,cənab 1-ci vitse Prezidentə,cənab Baş prokurora,cənab DİN-nə,cənab Ədliyyə nazirinə,cənab MM-in sədrinə və bütün mətbuat orqanlar

Son yazılar