Menu

"Bavariya" Almaniya Kubokunu da qazanaraq "qızıl dubl" edib

26.05.2019, 00:59
"Bavariya" Almaniya Kubokunu da qazanaraq "qızıl dubl" edib

Almaniya Kubokunda "Bavariya" və "Leyptsiq" komandaları arasında final oyunu keçirilib.

"Report"un məlumatına görə, Berlindəki "Olimpiaştadion"da təşkil olunmuş qarşılaşma Münhen təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Qolları 29-cu və 85-ci dəqiqələrdə Robert Levandovski, 78-ci dəqiqədə isə Kinqsli Koman vurub.

Bununla da "Bavariya" tarixində 19-cu dəfə ölkə kubokuna sahib olub. Bu klub daha əvvəl ölkə çempionluğu da əldə edib. 2009-cu ildə yaradılmış "Leyptsiq" isə ilk finalında darmadağın olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol