Menu

Vengerə sürpriz təklif

26.05.2019, 01:16
Vengerə sürpriz təklif

 

Arsen Venger yenidən məşqçiliyə başlaya bilər.

Qol.az-ın "goal.com"a istinadla yaydığı xəbərə görə, Lukas Podolski, Andres İnyesta və David Vilyanın çıxış etdiyi "Vissel Kobe" klubu fransız mütəxəssislə yaxından maraqlanır. Hətta onların 69 yaşlı çalışdırıcıya 2.5 illik müqavilə və 4 milyon avro təklif etdiyi bildirilir. Klub rəhbərliyinin Vengeri seçməsinin əsas səbəblərindən biri də onun yapon dilini bilməsidir.

Qeyd edək ki, Venger ötən yay "Arsenal"dakı 22 illik məşqçilik karyerasına son qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol