Menu

Peruda güclü zəlzələ baş verib

26.05.2019, 15:00
Peruda güclü zəlzələ baş verib

«AzPolitika.ino»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bazar günü Perunun şimalında maqnitudası 8 olan zəlzələ baş verib.

Amerika Birləşmiş Ştatları (ABŞ) Geoloji xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Braziliya, Kolumbiya və Ekvadorla sərhəddə yerləşən Laqunas şəhərinin 85 kilometrliyidə olub. Bu yaşayış məntəqəsində 9 minə yaxın insan yaşayır. Zəlzələnin ocağı 105 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol