Menu

Zaqatalada ildırım evi yandırıb

27.05.2019, 01:33
Zaqatalada ildırım evi yandırıb

Zaqatala rayonunda yaşayış evini ildırım vurub.

"Report"un məlumatına görə, Aşağı Tala kənd sakini Ramazan Şabanova məxsus ikimərtəbəli fərdi yaşayış evi ildırım vurması nəticəsində yanıb.

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində evin ikinci mərtəbəsində tavan hissəsi 12 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Təbiət hadisəsi zamanı ailə üzvləri evdə olub. Xəsarət alan olmayıb.

Qeyd edək ki, hazırda şimal-qərb bölgəsində güclü küləklə müşahidə olunan yağış yağır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol