Quaydo Maduro ilə görüşdən imtina edib

Venesuela müxalifətinin rəhbəri Xuan Quaydo Norveç hökumətinin vasitəçiliyi ilə ölkədə siyasi böhranın nizamlanması işlərində iştirak etdiyi bildirib.

ONA xəbər verir ki, bu barədə “El Nacional” portalı məlumat yayıb.

Onun sözlərinə görə, hazırkı görüşlər Venesuelada hakimiyyət dəyişikliyinə əsas yaratmalıdır. Quaydo, həmçinin bəyan edib ki, prezident Nikolas Maduro ilə danışıqlar aparmayacaq.

Quaydo, nizamlanmaya dair görüşlər bir nəticə verməyəcəyi təqdirdə müxalifətin Karakas küçələrində yenidən aksiyalara başlayacağını da əlavə edib.

635x100

Şərhlər

Türk 2019-05-27 08:21:59

Sən kimsən ki,ABŞ-ın razılığı olmadan Maduro ilə görüsən.Sən ABŞ-ın əlaltısısan və sənin idarə pultun ABŞ-ın əlindədir.Ay bədbəxt vaxt gələcək Venesuela xalqı səni diri-diri yandıracaq.Vətənpərvər vətəndaş ölkəsində hakimiyyətə gəlməyi öz xalqının əli ilə edər.Kənardan ABŞ kimi imperialist bir ölkənin əli ilə yox.

Son yazılar