Menu

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna ən yüksək qiyməti veriblər

27.05.2019, 21:51
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna ən yüksək qiyməti veriblər

Bakı Olimpiya Stadionunda təşkil olunacaq Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.

"Report"un məlumatına görə, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.

Xatırladaq ki, mayın 29-da İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında UEFA Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol