Menu

İranda bütün sosial şəbəkələr bağlanacaq - ABŞ-la müharibə olsa...

27.05.2019, 22:10
İranda bütün sosial şəbəkələr bağlanacaq - ABŞ-la müharibə olsa...

"ABŞ ilə müharibə olarsa, İranda bütün sosial şəbəkələr bağlanacaq".

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, bunu İranın Mülki Müdafiə Təşkilatının rəhbəri Qulamrza Cəlali deyib.

O qeyd edib ki, yerli sosial şəbəkələrin olmaması ABŞ-a imkan verir ki, əhalinin psixoloji vəziyyətinə təsir göstərsin. Sosial şəbəkələrlə ABŞ vətəndaşları yalan informasiyalarla çaşdıra bilər. Bu səbəblərə görə, hərbi toqquşma ehtimalı olarsa, mütləq sosial şəbəkələr bağlanmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol