Menu

Neft hasilatı azalır

22.10.2013, 18:05
Neft hasilatı azalır

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda xam neft hasilatı 32,5 mln. ton olmaqla 0,9% azalıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu müddət ərzində əmtəəlik təbii qaz hasilatı isə 13,1 mlrd. kubmetr təşkil etməklə 2,0% artıb.

Sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 18,8 milrd. manat olmaqla əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 0,3% az olub. Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən yanvar-sentyabr aylarında 1,5 mln. ton tikinti qumu, 271,2 min ton inşaat üçün əhəng daşı, 1,2 ton qızıl, 531,0 kq gümüş və s. istehsal edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol