Menu

Qubada sel körpünü dağıdıb

28.05.2019, 22:46
Qubada sel körpünü dağıdıb

Qubanın Tülər kəndinə güclü yağış yağıb və nəticədə Ağçayın üzərində tikilən keçid körpüsünü sel aparıb.

"Qafqazinfo" xəbər verir ki, Qubadan Tülərə getmək və əks istiqamətə gəlmək istəyənlər yolda qalıblar.

Xatırladaq ki, artıq bir neçə dəfədir ki, su bu körpünü aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol