Menu

Malidə yol qəzasi nəticəsində 20 nəfər həlak olub

29.05.2019, 04:23
Malidə yol qəzasi nəticəsində 20 nəfər həlak olub

 

Malidə yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 20 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Agence de Presse du Mali" agentliyi xəbər verir.

Qeyd edilir ki, yol qəzası bu gün gündüz saatlarında ölkənin Kulikoro səhəri ətrafında baş verib.

Malinin nəqliyyat naziri İbrahima Əbdül Əli və təhlükəsizlik və mülki müdafiə naziri Salif Traore zərərin qiymətləndirilməsi üçün hadisə yerinə gəliblər.

Məlumata əsasən, yaralılar Malinin paytaxtı Bamakoda yerləşən xəstəxanaya göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol