Menu

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ötən ili zərərlə başa vurub

29.05.2019, 16:18
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ötən ili zərərlə başa vurub

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) 2018-ci ili 95 min manat zərərlə başa vurub.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il DƏRDX 1,045 milyon manat gəlir əldə edib. Qurumun xərcləri isə 1,14 milyon manat, o cümlədən əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 716 min manat, sərf edilmiş materialların dəyəri üzrə xərcləri 36 min manat, amortizasiya xərcləri 120 min manat, sair əməliyyat xərcləri isə 267 min manat təşkil edib.

Şərhlər

miri 2019-05-29 16:18:50

Dövlət reyestri xidmətinin zərərlə ili başa vurmasını məmləkətdə kimə desələrsə, ancaq gülməyi gələr. Burda qeyri qanuni alınan pullar rusumlarda 10-1000 dəfəyə qədər artıq olur. Əmlak sahibləri isə öz əmlakına sənəd adlanan bir parça kağızı almaq üçün deyilən pulu verməyə məcbur olur. Bu sahədə şəffaflıq yaratmaq və eləcə də büdcəyə zərər dəyməsinin qarşısını almaq istənilirsə, bir yol var: bu strukturu ləqv etmək və bütün səlahiyyətləri asan adlanan paralel yaranmış xidmətə vermək lazımdır. Vəssalam.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol