Menu

Putin və Poroşenko Ukraynadakı böhranı müzakirə ediblər

03.09.2014, 11:35
Putin və Poroşenko Ukraynadakı böhranı müzakirə ediblər

Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Pyotr Poroşenko telefonla danışıblar. “Media forum” saytının məlumatına görə, telefon söhbəti barədə rəsmi açıqlama verən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov dövlət başçılarının Ukraynadakı hərbi və humanitar böhranı müzakirə etdiklərini bildirib:

“Dövlət başçıları Ukraynanın cənub-şərqində qan tökülməsinin qarşısının daha tez alınması üçün ilk növbədə hansı tədbirlərin görülməsi məsələlərini müzakirə ediblər. Prezidentlərin böhran vəziyyətindən çıxmağın mümkün yolları haqda fikirləri əhəmiyyətli dərəcədə üst-üstə düşür”.

Ukrayna və Rusiya prezidentlərinin avqustun 26-da Belarus paytaxtı Minskdə təkbətək görüşü keçmişdi. 2 saat çəkən görüşdə Ukraynadakı hərbi-siyasi vəziyyət, iqtisadi problemlər və qaz nəqli məsələsi müzakirə olunmuşdu. Həmin görüşdən sonra Ukraynada vəziyyət daha da gərginləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol