Yuliya Timoşenko Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığının qaytarılmasına reaksiya verib.
«Vesti»nin yazdığına görə, siyasətçi bəyan edib ki, Saakaşvilini Ukrayna pasportundan məhrum etmək eks-prezident Pyotr Poroşenko tərəfindən həyata keçirilmiş siyasi qisas idi. Bu barədə Timoşenko öz «Feysbuk» səhifəsində yazıb.
«O vaxt demişdim, indi də deyirəm: Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi Pyotr Poroşenko tərəfindən həyata keçirilən siyasi qisasdır. Haray çəkən ədalətsizlik və hüquqi nihilizm...» - Timmoşenko hesab edir.
«Batkivşina»nın lideri qeyd edib ki, ədalət uğrunda döyüşmək lazımdır: «Şadam ki, ədalət bərpa olundu və Saakaşvili yenidən Ukrayna vətəndaşıdır» - Timoşenko yazıb.
AzPolitika.info


Şərhlər