Menu

"Qafqazda ən az su Azərbaycandadır" - Akademik

30.05.2019, 11:46
"Qafqazda ən az su Azərbaycandadır" - Akademik

Qafqaz ekosistemində olsaq da, regionda ən az su Azərbaycandadır. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti su ehtiyatlarının artırılması ilə bağlı ardıcıl tədbirlər görüb:

"Azərsu" yaranandan sonra bu sahədə tədbirlər görülür, içməli su ehtiyatı artırılır. Bu gün Azərbaycanda əhaliyə verilən içməli su Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Bunu tam əminliklə deyə bilərəm".

Şərhlər

t.ədalət 2019-05-30 11:46:30

Bu gün Azərbaycanda əhaliyə verilən su çox aşağı keyfiyyətdədir.Nərimanov rayonu ərazisində əvvəllər içməli su nisbətən yaxşı idi.Son on ildə suyun tərkibi müxtəlif qatqılarla zəngindir.Biz məcbur olub həmin suyu filtirlərlə süzüb işlədirik.Su ölüdür,yəni dadı pisdir.Xarici ölkələrdə belə su istehlak edilmir,yəni içdiyimiz su ilə heç əllərini yumazlar.

Səməd 2019-05-30 11:46:30

Hörmətli akademik Ramiz müəllimin deyəsən bölgələrdə olan su problemindən xəbəri yoxdur və ya O, əhali deyəndə yalnız Abşeron yarımadasındakı sakinləri nəzərdə tutur. Sizin kimi "alim"lər koorupsioner məmurları tərifləyə tərifləyə bu ölkəni xaraba qoymusunuz. Utanmırsız, yalan danışırsız?! Azərsu bizim deyil, erməni dəyirmanına su tökür. Bölgələrdə su anbarları demək olarki yoxdur, sakinlər təmizlənməmiş su içirlər Ramiz müəllim! Ayrılan pullar isə haramcasına yeyilir. Gözlərindən gəlsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol