Menu

Azərbaycanlı qız İran prezidentini “Duz Kampaniyası”na dəvət etdi - Video

03.09.2014, 12:53
Azərbaycanlı qız İran prezidentini “Duz Kampaniyası”na dəvət etdi - Video

Son günlərdə Urmu gölü böhranını dünya ictimaiyyəti və ölkə rəhbərliyinin diqqətinə çatdırmaq üçün “Urmu gölü duz mücadiləsi” adlı Kampaniya başlayıb.

Beynəlxalq səviyyədə ALS xəstəliyinə qarşı “Bir vedrə buzlu su mücadiləsi” adlı kampaniya ilə paralel keçirilən “Urmu gölü duz mücadiləsi” kampaniyası azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanıb və artıq bir çox soydaşımız həmin kampaniyaya qoşularaq başlarına bir vedrə duz töküblər.

Kampaniyaya qoşulanlar bir neçə yaxın dostlarını da həmin kampaniyaya qoşulmağa dəvət edirlər. Kampaniyaya qoşulan azyaşlı azərbaycanlı qız isə İran prezidenti Həsən Ruhanini bu kampaniyaya qoşulmağa çağırıb. Bu çağırış virtual aləmdə xüsusi marağa səbəb olub.  /GünAz TV

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol