Menu

ATƏT-in Minsk qrupunun həmsədrlər bəyanat yayıblar

30.05.2019, 19:37
ATƏT-in Minsk qrupunun həmsədrlər bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar.

"Report"un məlumatına görə, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər və ilk olaraq Yerevanda olublar. Onlar mayın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, eyni zamanda müdafiə naziri David Tonoyanla görüşüblər. Həmsədrlər həmçinin mayın 29-da Azərbaycanın işğal altında olan Xankəndi şəhərində də olub, separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Onlar mayın 30-da Bakıya gəlib, bir sıra görüşlər keçiriblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib. Görüşlərdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol