Menu

"İran neftin qiymətini artırmaq üçün neft tankerlərinə hücum edib" - POMPEO

31.05.2019, 08:30
"İran neftin qiymətini artırmaq üçün neft tankerlərinə hücum edib"  - POMPEO

İran dünya bazarında neftin qiymətini qaldırmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin sularında dörd tankerə hücum edib.

"Report" TASS-ın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo deyib.

"Bu, dünya bazarında neftin qiymətini artırmaq üçün edilib", - Reuters agentliyi cümə axşamı Pompeoya istinadən məlumat verib.

Qeyd edək ki, mayın 12-də BƏƏ-nin Oman körfəzində yerləşən Fuceyra limanında ikisi Səudiyyə Ərəbistanı, biri BƏƏ, biri isə Norveçə məxsus 4 neft tankeri hücuma məruz qalıb.

Pentaqon da tankerlərə hücumda İranı günahlandırıb, lakin İran rəsmiləri bu iddiaları rədd edib.

Şərhlər

Türk 2019-05-31 08:30:50

Boş-boş cəfəngiyat.Səni kimilər dünyanın axırına çıxmaq istəyir.Allah bəlanızı verəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol