Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib.
“Report”un xəbərinə görə, O.Əsədov Vergilər naziri Mikayıl Cabbarova müraciət edərək deyib ki, POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır: “Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.


Şərhlər
Oktay Əsədov cənabları hələ anlamayıb ki, elə xüsusi təyin olunmuş nazirlər var ki, onlar şikayət qəbul etmir,hər kəsin sözünü eşitmir və xüusi imtiyazl təmin olunublar.Mikayılov və digər Fonddan gələnlər o qrupdandırlar
Niye ishlesin ki.oba marketlerde hec kassa apparati yoxdur.pos terminalla girirsen redtorana deyir ishlemir.ishlemezda niye ishlesin ki post terminal dovtiyyeni resmileshdirir.bunlarda yayinirlardovriyyeden.teklif ederdim telefonla odenish edilsin.xarici olkedeki kimi.