Menu

Onkoloji xəstəliklərin müalicəsinə 44 milyon manatdan çox vəsait ayrılıb

31.05.2019, 14:13
Onkoloji xəstəliklərin müalicəsinə 44 milyon manatdan çox vəsait ayrılıb

Səhiyyə sahəsində 15-dən çox dövlət proqramı var. Azərbaycanın dövlət büdcəsinin 189 milyonu bu proqramların həyata keçirilməsinə sərf olunub”.

Modern.az xəbər verir ki, bunu deputat Rafiq Məmmədhəsənov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, ötən il şəkərli diabetlə bağlı proqrama 36 milyon, bu il isə 44 milyon vəsait ayrılıb:

“Keçən il onkoloji xəstəliklərin müalicəsinə 40 milyon, bu il isə 44 milyon manatdan çox vəsait ayrılıb. İkinci bir MDB ölkəsi tanımıram ki, səhiyyə sahəsində bu qədər dövlət proqramı olsun. Dövlət geniş yayılmış xəstəliklərin müalicəsini üzərinə götürür. Bu da xalqa qayğıdır”.

Şərhlər

Onkoloji xəstə 2019-05-31 14:13:26

Nə qədər ayrıldığını bilmirəm.MOM-da hər addım başı rüşvətdir.Həkim qəbulu 20 manat KT 120-200 manat,Endoskopiya 40 manat,USM 20-30 mabat,EKQ 10-15 manat,Dopler USM 40 manat,MRT 150-200 manat,Qan analizi sayından asılı olaraq,200 manata qədər,bəlkə də çox,Şua bir seansı 40 manat,Kimyaterapiya bir seansı 350-700 manat,rentgen 20-40 manat cərahi əməliyyat 2500-8000 arası və sair.Bu biabırçılıq dünyanın heç yerində ola bilməz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol