Menu

"Yüz ilin anlaşması” əsrin uğursuz planına çevriləcək” - Ruhani

31.05.2019, 15:32
"Yüz ilin anlaşması” əsrin uğursuz planına çevriləcək” - Ruhani

“Əminliklə deyə bilərəm ki, "Yüz ilin anlaşması” əsrin uğursuz planına çevriləcək”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bu gün Ümumdünya Qüds Günü ilə bağlı keçirilən yürüşdə jurnalistlərə açıqlamasında deyib.

Qüds gününün İran tarixində çox önəmli olduğunu bildirən H.Ruhani deyib ki, bu, müsəlmanlar üçün dünya təcavüzkarlarına qarşı mübarizə günüdür.

“Qüds gününün mesajı budur ki, Fələstin həmişə yaşayır və Qüds müsəlmanlarındır. Şübhə yoxdur ki, son qələbə Fələstinin olacaq və Fələstin torpaqları müsəlmanlar, məsihilər və yəhudilər üçün təhlükəsiz yerə çevriləcək. Düşmənlər Qüdsü sionist rejimin paytaxtı elan ediblər, dünyada bir-iki kiçik dövlətdən başqa heç kim bu qərarı dəstəkləmədi”.

Şərhlər

Türk 2019-05-31 15:32:33

ABŞ QÜDSÜ İsrailin paytaxtı kimi tanıyan da mən güman etdim ki,Ərəb dəvlətləri başda olmaqla bütün müsəlman dövlətləri və tərəqqipərvər bəşəriyyət,mənfur ABŞ-la bütün əlaqələri kəsəcəcək.Çox təəssüflər olsun ki,bu baş vermədi.Sonradan Colan təpələrini İsrail ərazisi kimi tanıdı.Yenə də dünya susdu.Ancaq Rusiya vaxtı ilə ona məxsus Krımı öz tərkibinə qaytaran kimi,RF-yə qarşı sanksiyalar tətbiq olundu.Baxmayaraq ki,bunun da günahkarı elə ABŞ idi.Çünki Krımda NATO-nu yerləşdirmək istəyirdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol