“Oğlumu qətlə yetirən şəxslərin cinayət işinin istintaqı ilə bağlı Türkiyəyə getmişdim”.
Ədalət Partiyasının sədri İlyas İsmayılov oğlu Etimad İsmayılovun qətlinin istintaqı haqda Unikal.org-a danışarkən bunu deyib.
O bildirib ki, övladı Etimad İsmayılovun qətli ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən obyektiv istintaq aparılır: “İstintaq işinin gedişi ilə bağlı Türkiyədə oldum. Gördüm ki, araşdırma obyektiv aparılır. İstintaq işi bitdikdən sonra məhkəmə prosesi başlayacaq. Hər şey istintaqın gedişindən asılıdır. Övladımın qətlində adı hallanan killer Gözəl Dəmirov hazırda həbsdədir”.
Xatırladaq ki, 2018-ci ilin sentyabrın 19-da axşam Ədalət Partiyasının sədri, sabiq ədliyyə naziri İlyas İsmayılovun biznesmen oğlu Etimad İsmayılov Türkiyədə qətlə yetirilib. Qətli isə Azərbaycan DİN-in sabiq polkovniki Gözəl Dəmirov törədib.



Şərhlər
Ilyas m.allahdan sebr.