Wall Street Journal qəzeti yazır ki, keçən həftəyə qədər ağlagəlməyən hadisələr olur.
Ukrayna ordusu geri çəkilir. Hazırda Ukrayna prezidenti Poroshenkonun cəmi 2 seçimi var: ya rusiyapərəst separatçılara güzəştə getsin ya da qanlı müdafiə müharibəsini davam etdirsin.
Qəzet hesab edir ki, Putinlə razılığa gəlmək Poroshenko üçün “siyasi intihardır.”
İndiyədək rusiyapərəst separatçılara “terrorçu” deyən Poroshenko indi onlara güzəştə getsə, simasını itirəcək.
Keçmi yüksək rütbəli Ukrayna diplomatı Filipchuk deyir ki, "Poroshenkonun cəmi bir neçə seçimi var, onların da hamısı pisdir”. /AzadlıqRadiosu


Şərhlər